QAYDALAR & ŞƏRTLƏR

  • Yarışmanın qaydaları

    - Yarışma hər kəsə açıqdır. 

    - Başqa yarışmalara təqdim olunan işlər qəbul olunmayacaq. Bütün işlərin hər hansı digər müsabiqəyə və ya bazara təqdim olunmaması açıq şəkildə bəyan edilməlidir.

    - İştirakçı təşkilatçı tərəfindən qoyulmuş qayda və şərtlərə əməl etməlidir.

    - Təşkilatçı yarışmanın Qaydalarını dəyişmək hüququnu özündə saxlayır.

  • Nəticələrin elan olunması

    - Qalib olan dizayn müəllifinə 31 mart, 2020-ci il tarixində e-poçt vasitəsilə məlumat veriləcək və nəticələr www.gofarsocar.com saytında yerləşdiriləcək. Qalib olmayan iştirakçılar fərdi olaraq nəticələr barəsində məlumatlandırılmayacaqlar.  

  • Müsabiqə işlərinin toplanması

    - Bütün müsabiqə işləri www.gofarsocar.com vasitəsi ilə təqdim olunacaq.

    - Fiziki olaraq və ya e-poçt vasitəsi ilə təqdim olunan dizayn işləri qəbul olunmayacaq.

    - Bütün müsabiqə işləri 15 mart 2020-ci il tarixinə kimi təqdim olunmalıdır. Gec təqdim olunan işlər nəzərə alınmayacaq.

    - Təşkilatçı tələblərə cavab verməyən işləri diskvalifikasiya etmək hüququnu özündə saxlayır.

  • Dizayn və intellektual mülkiyyət hüququnun qeydiyyatı:

    - SOCAR-a dizayn işinin lisenziyaşdırılaraq surətinin çıxarılması, redaktə edilməsi və/və ya dəyişdirilməsi, açıq şəkildə göstərilməsi, ictimaiyyətə çatdırılması, yayımı, nəşri və istifadəsi hüququnu verir. Hər bir iştirakçı tərəfindən təqdim edilmiş istənilən digər müdafiə olunmuş və ya mühafizə olunan materialların istənilən yolla və ya müsabiqədən sonra əlavə təzminat olmadan təqdim edilməsi qadağandır;

    - Hər bir şəxs bilməlidir ki, işlərin təqdim olunması ictimaiyyətə açıqlanacaq. Əgər lazım və ya uyğun olarsa, iştirakçı təqdim etməmişdən əvvəl patent ərizəsini dolduracaq. Hər bir iştirakçı təqdim etdiyi işin intellektual mülkiyyət hüququnun qorunmasına görə məsuliyyət daşıyır. Təşkilatçılar müsabiqədə iştirak və ya hər hansı bir təşviq və ya təbliğat nəticəsində hər hansı bir dizaynın sui-istifadə edilməsinə görə məsuliyyət daşımır;

    - Təşkilatçılar bütün işlərin orjinallığına və onların qorunmasına görə məsuliyyət daşımır. Hər bir iştirakçı yeganə müəllifdir və yalnız öz dizaynına görə məsuliyyət daşıyır;

    - Şəxşi təfsilatlar iştirakçıların əvvəldən yazılı surətdə verilmiş razılıqları olmadan nəşr olunmayacaq. Yalnız Təşkilatçıların iştirakçılar tərəfindən təqdim olunan şəxsi məlumata çıxışı olacaq;

    - Hər hansı mübahisə yaranarsa, təşkilatçılar hər hansı bir işi diskvalifikasiya etmək və iştirakçıdan mükafatı geri çəkmək hüququnu özündə saxlayır.

  • Bu müsabiqədə iştirak etməklə siz aşağıdakılara zəmanət verirsiniz:

    - Sizin işlə bağlı təmin etdiyiniz bütün təfsilatlar düzgün və dəqiqdir;

    - Siz müsabiqəyə hər hansı bir təşkilatın adından yox, fərd kimi qatılırsınız;

    - Siz qayda və əsasnamələrdə qeyd olunan  lazımi bütün haqlara və lisenziyalara sahibsiniz;

    - Dizayn, şəkillər və prototip başqa bir yerdə çap olunmayan orijinal işdir.

    - Siz təqdim olunmuş şəklin və/ və ya şəkillərin müəllifi olaraq müəlliflik hüququnuzun sahibisiniz (və şəkildə təsvir edilmiş hər hansı bir şəxs onun təsvirindən istifadə üçün razılıq vermişdir).

  • Qaydalar və Şərtlər

    - Müsabiqədə iştirak etməklə ( “Müsabiqə”), iştirakçılar  Qaydalar və Şərtləri oxumuş, başa düşmüş, qəbul etmiş və onlara əməl etməyə razılaşmış hesab olunurlar;

    - Əlaqə saxlandıqdan sonra seçilmiş qalibin Təşkilatçıya cavab vermək üçün bir həftə vaxtı var. Əgər həmin müddətdə qalib  cavab əlaqəsi yaratmasa, mükafatını itirmiş olacaq. Təşkilatçı seçim meyarlarına uyğun olaraq, başqa bir qalibi seçəcək;

    - Təşkilatçılar bu müsabiqədən sui-istifadə edildikdə və ya qayda və şərtlər pozulduqda hər hansısa işi qiymətləndirməkdən imtina etmək hüququnu özündə saxlayır;

    - Təşkilatçıların qərarı hər hansı bir şəraitdə, o cümlədən də bu qayda və şərtlərə daxil olmayan şəraitdə yekundur. Unutmayın ki təşkilatçılar verilmiş qərarlarla bağlı hər hansı yazışma aparmayacaq.