TEZ-TEZ SORUŞULAN SUALLAR

  • #1: Dizayn müsabiqəsinə qoşulmaq üçün dizayner olmağıma və ya dizayn sahəsində təhsil almağıma ehtiyac varmı?

    Bu müsabiqə hər kəsə açıqdır (Müsabiqə təşkilatçıları, münsiflər heyəti və onların qohumları istisna olmaqla).

  • #2: Dizayn müsabiqəsinə qoşulmaq üçün dizayn şirkətinə, dizayn təşkilatına və dizaynla bağlı hər hansı bir instituta üzv olmağım mütləqdir və ya problem yarada bilərmi?

    Müsabiqə hər hansı təşkilat, şirkət və ya instituta üzvlüyündən asılı olmayaraq, dizayn etməyi bacaran hər kəsə açıqdır.

  • #3: Müsabiqədə qalib gəlsəm, hansı üstünlüklərim olacaq?

    - Sizin dizaynınız əsasında hazırlanacaq rəsmi UEFA kubokunun istehsalatı prosesində iştirak etmək;

    - İyulun 12-də Londonda keçiriləcək UEFA AVRO-2020 final matçına 2 bilet qazanmaq;

    - Kubokun təqdim edilməsində iştirak etmək.

  • #4: Müsabiqədə iştirak üçün ödəniş etməliyəm?

    Xeyr.

  • #5: Mən bu müsabiqədə qalib gəlmək istəyirəm. Nə etməliyəm?

    Müsabiqədə qalib gəlmək üçün, ilk növbədə, sizin kreativ ideanız və ya dizaynınız olmalıdır. Bundan əlavə, mükəmməl nəticə üçün dizaynlarınız təkrarolunmaz və ya unikal olmalıdır. İşiniz dərin izahı olan yeni idealara və böyük dəyərlərə əsaslanmalıdır.
     

  • #6: Mən bütün şəkil, təqdimat, eskiz, görünüşləri vahid şəkil kimi, yoxsa ayrı-ayrı göndərməliyəm?

    Zəhmət olmasa, hər bir şəkil/təsvir/ təqdimat və ya eskizləri ayrı bir sənəd şəklində təqdim etməyə çalışın. Təsvirləri birləşdirməməyinizə üstünlük verilir. Yüklənmiş şəkillərin ümumi ölçüsü 16 Mb-dan çox olmamalıdır.

  • #7: Mən bir neçə dizayn variantını bir iş kimi təqdim edə bilərəm?

    Bir neçə dizayn bir iş kimi təqdim oluna bilməz.

  • #8: Qalib nə vaxt elan olunacaq?

    Yarışmanın qalibi martın 31-də gofarsocar.com saytında elan olunacaq.