HAQQIMIZDA

SOCAR, sözün əsl mənasında, güclü biznes dəyərlərinə, eləcə də Avropada və Azərbaycanda idman sahəsində uzunmüddətli öhdəliklərə malik olan Pan Avropa biznes iştirakçısıdır.

SOCAR özünün «GOFAR» ideyası altında sponsorluq ödəliyinə orijinal yanaşma üsulunu nümayiş etdirərək Avropa futboluna töhfə vermək əzmindədir.

SOCAR Pan Avropa missiyası və bu ideyanı daşıyan uzaqgörən biznes siyasəti vasitəsilə Avropada bir sıra mədəni, idman və təhsil sahələrini əhatə edən müxtəlif tədbirlərin təşkilini dəstəkləyir. SOCAR-ın UEFA AVRO-2020™-nin sponsoru olması və Avropada idmanın inkişafına öz töhfəsini verməsi bu istiqamətdə atılmış mühüm addım idi.

UEFA AVRO-2020™ ilə tərəfdaşlıq çərçivəsində turnirin ən yaxşı gənc oyunçusu SOCAR tərəfindən kubok ilə mükafatlandırılacaq. Hər bir futbol azarkeşi «Turnirin ən yaxşı gənc oyunçusu» kubokuna individual yaradıcı yanaşması ilə tarixin bir hissəsinə çevrilmək şansını qazanacaq. Ən yaxşı ideya rəsmi münsiflər heyəti tərəfindən seçiləcək və qalib 2020-ci il martın sonunadək elan ediləcək.